Vaxt.Az

33 şirkətdən ibarət qara siyahı


 

Rusiyadan silah alanlar sanksiya təhlükəsi qarşısında...

33 şirkətdən ibarət qara siyahı ABŞ Dövlət Departamenti Konqresin yeni sanksiya qanununun tələbinə uyğun olaraq Rusiya müdafiə sənayesinə aid 33 şirkətin siyahısını hazırlayıb. Rusiya hərbi-sənaye kompleksinin demək olar ki, bütün iri şirkətləri siyahıya salınıb.

ABŞ özü həmin şirkətlərin böyük əksəriyyətinə daha əvvəl sanksiya tətbiq edib. İndi təzə söhbət ondan ibarətdir ki, bu şirkətlərlə iri sövdələşmələrə gedən başqa ölkələr və qurumlar da ABŞ-ın sanksiyasına məruz qalacaq. Burada bir az qeyri-müəyyənlik var, çünki Rusiya ilə konkret neçə milyon dollarlıq razılaşmanın sanksiya altına düşəcəyi məlum deyil, qanunda yalnız «iri tranzaksiyalar» yazılıb. Seçim etmək və qərar vermək Dövlət Departamentinin öhdəsinə buraxılıb, lakin Konqres bu prosesə ciddi nəzarət edəcək ki, hökumət qanunun yanından keçməyə çalışmasın.

Buradan belə nəticə hasil olur ki, Azərbaycan və Ermənistan da ABŞ-ın sanksiyasına məruz qala bilər, çünki hər iki ölkə Rusiyadan külli miqdarda silah alır. Eləcə də, Türkiyənin Rusiya ilə «S-400» anlaşması da, reallaşacağı təqdirdə, sanksiya altına düşə bilər. Bir daha qeyd edim ki, bu məsələdə qeyri-müəyyənlik var və hansı məbləğdə anlaşmaların sanksiyaya məruz qalacağı bəlli deyil.

Ümumilikdə bu qanunu hazırlayan senatorların məqsədi Rusiya hərbi sənayesinə zərbə vurmaq və onu inkişafdan saxlamaqdır.

Rusiya iqtisadiyyatının başqa sahələri ilə bağlı da analoji siyahılar hazırlanacaq. Proses hələ indi başlayır...

 





29.10.2017    çap et  çap et