Vaxt.Az

«Bizə də problem yaratmışdılar»


 

«Roma»nın baş məşqçisindən etiraf ...

«Bizə də problem yaratmışdılar» «Biz də «Qarabağ»la bir dəfə qarşılaşmışıq. Çətin səfər oyunundan üzüağ çıxa bildik». Bu sözləri UEFA Çempionlar Liqasının qrup mərhələsində «Qarabağ»ın rəqiblərindən olan İtaliyanın «Roma» klubunun baş məşqçisi Eysebio Di Françesko deyib.

Ötən gecə «Çelsi» üzərində 3:0 hesablı qələbə qazandıqları qarşılaşmadan sonra keçirilən mətbuat konfransında «Qarabağ»ın səfərdə «Atletiko»dan xal almasına münasibət bildirən italiyalı mütəxəssis Ağdam təmsilçisi ilə oyunun onlar üçün də çətin keçdiyini qeyd edib:

«Etiraf edirəm ki, «Qarabağ» hər kəsə olduğu kimi, bizə də problem yaratmışdı. Avrokuboklarda heç vaxt asan qələbə olmur. Bütün oyunlara ciddi yanaşmaq məcburiyyətindəyik».

 





01.11.2017    çap et  çap et