Vaxt.Az

«Bunu heç vaxt qəbul etməyəcəyik!»


 

Türkiyədən Rusiyaya sərt etiraz

«Bunu heç vaxt qəbul etməyəcəyik!» Rəsmi Moskvanın Suriya məsələsinin müzakirə olunduğu Astana toplantısına PYD-ni dəvət etməsi Ankaranın etirazına səbəb olub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın bunu əsla qəbul etməyəcəklərini bildirib.

«PYD/YPG terror qruplaşmalıdır, onlar PKK-nın Suriyadakı qoludur. Suriyanın bölünməsinə, özlərinə ərazi yaratmaq istəyən qruplaşmanın Astanada işi ola bilməz. Bizim terror təşkilatlarının üzvü olmayan kürd vətəndaşların dəvət olunmasına etirazımız yoxdur. Tərəfdaşlarımızın bizi anlayacağına ümid edirik» - deyə, Kalın qeyd edib.

Suriyada atəşkəs bölgələrinin yaradılması prosesinin davam etdiyini deyən Ankara rəsmisi ölkəsinin üzərinə düşən vəzifənin İdlibdə asayişin bərqərar edilməsi olduğunu deyib. Hazırda vəziyyətin nəzarətdə olduğunu deyən İbrahim Kalın bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini vurğulayıb.

 





01.11.2017    çap et  çap et