Vaxt.Az

«İndi daha aqressiv ...»


 

De Rossi: ««Qarabağ» göstərdi ki, asan rəqib deyil»

«İndi daha aqressiv ...» İtaliyanın «Roma» klubunun kapitanı Daniele De Rossi UEFA Çempionlar Liqasının qrup mərhələsində İngiltərə çempionu «Çelsi» üzərində qazandıqları qələbəni şərh edərkən Azərbaycan çempionu «Qarabağ»dan da söz açıb.

İtaliya yığmasının da şərəfini qoruyan təcrübəli yarımmüdafiəçi bunları söyləyib: «Çox vaxt qapımızdan qol buraxırıq. «Çelsi» ilə oyunda rəqibin fərqlənməsinə imkan vermədik. Azarkeşlərimiz qrup lideri olacağımıza inanırdı. Bu pilləni əldən verməməliyik. Qarşıda daha 2 çətin oyunumuz var. Evdə qəbul edəcəyimiz «Qarabağ» göstərdi ki, asan rəqib deyil. Əvvəlki illərdə ciddi rəqiblərlə oyunda müdafiəyəmeyilli oynayırdıq. İndi isə daha aqressiv təsir bağışlayırıq. Bu, irəliyə doğru atılan addımdır». (Futbolinfo.az)

 





02.11.2017    çap et  çap et