Vaxt.Az

İlk qatar Qarsa çatdı


 

Qazaxsıtandan çıxan 32 konteyner 40 saat yol gedib

İlk qatar Qarsa çatdı Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu ilə hərəkət edən ilk yük qatarı bu gün səhər saatlarında Qarsa çatıb. «Trend»in məlumatına görə, oktyabrın 24-də Qazaxıstandan çıxan taxılla yüklənmiş qatar 32 konteynerdən ibarətdir.

Məlumata görə, həmin qatar Azərbaycandan Qarsa 40 saata çatıb.

Həmin qatarın son təyinat məntəqəsi Türkiyənin Mersin şəhəri olacaq.

Qeyd edək ki, BTQ dəmiryolunun təntənəli açılış mərasimi oktyabrın 30-da Bakıda keçirilib.

 





03.11.2017    çap et  çap et