Vaxt.Az

Şeyx məmurlara «daş» atdı


 

«Heç kimin cənnət vəd etməyə ixtiyarı yoxdur»

Şeyx məmurlara «daş» atdı «Suriyada indi şəhadət adıyla gedib döyüşürlər ki, bu da düzgün deyil. Özü də pula görə gedib döyüşürlər. Peyğəmbər (s.ə.s) buyurub ki, pulla gedib döyüşmək şəhadət sayılmır. Əminəm ki, dövlət bununla bağlı hansısa tədbir görəcək. Çünki bu, İslama qarşı yolverilməzdir».
Bunu bu gün Qafqaz Müsəlmanları İdarəsində dindarların iştirakı ilə keçirilən tədbirdə qurumun sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. 
O, həmçinin bildirib ki, onlar qayıdıb gələ bilərlər, ancaq radikal fikirlərindən əl çəkməlidirlər. 
Şeyx qeyd edib ki, Azərbaycanda bir-birini dini təriqətlərə bölərək, aşağılayırlar ki, bu da cinayətdir, yolverilməzdir. O qeyd edib ki, son vaxtlar belə hallar artıb: «İslamda dini təriqətlərə bölərək bir-birini aşağılamaq yolverilməzdir. Bu cinayətdir». 
«Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi də istər Bakıda, istərsə də regionlarda mühüm işlər görür. Amma bu, təkcə onların işi deyil. Biz vətəndaş kimi buna öz töhfəmizi verməliyik. Hər birimiz öz Vətənimizin qorunmasında cavabdehlik daşıyırıq. Biz din xadimlərimizi hazırlamalıyıq. Burada təbliğat aparan şəxslərin çoxu xaricdə oxuyub sonra başqalarını zərərli təbliğatla zəhərləyən insanlardır. Kimin ixtiyarı var ki, cənnət vəd etsin. Bunu yalnız Allah-təala edə bilər. Amma bəziləri bir sıra gənclərin başını aldadıb onlara cənnət vəd edərək onları ailələrindən ayırırlar».
Şeyx Qazilər Şurasına da müraciət edərək bildirib ki, bu halların qarşısını almaq üçün fəaliyyətə keçsin: “Bizim Qarabağ kimi dərdimiz var. Biz torpaqlarımızın və oradakı qurbanlarımızın qeyrətini çəkməliyik. Bizim əsl şəhadətimiz budur”.
Cənnət vəd edənlərə demək lazımdır ki, sən qabaqda get, bizdə sənin dalınca gələrik. 20 yanvarda da belə oldu. Camaatı qabağa verdilər. Özlərinin heç burnu da qanamadı.
QMİ-nin elmi-dini şurasının sədri Vasif Məmmədıliyev Suriyada döyüşən azərbaycanlılara müraciət edib. «Sizin Qarabağ kimi dərdiniz var. Sənin Suriyada nə işin var axı? Hətta qızlarımızın beynini dolduraraq ora göndərirlər. Vədlər verərək». (ANS PRESS)
 





28.01.2014    çap et  çap et