Vaxt.Az

Ərdoğan Bakıdan Türkiyəyə çəkic apardı


 

Türkiyə prezidenti BTQ-dən xatirə saxlayacaq

Ərdoğan Bakıdan Türkiyəyə çəkic apardı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılışında istifadə etdiyi çəkici özünü ilə birlikdə ölkəsinə aparıb.

Ərdoğanın bu addımı Türkiyə KİV-lərində geniş işıqlandırılıb.

Türkiyə prezidentinin açılışda istifadə etdiyi çəkici xatirə saxlayacağı bildirilir.

Qeyd edək ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər.

Onu da qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev BTQ dəmir yolunun açılışı zamanı «Euronews» televiziyasına müsahibəsində deyib: «Bu, tarixi hadisədir. Bu yol qitələri, Avrasiyanı birləşdirir. Bu, Asiya ilə Avropa arasında ən qısa yoldur. Azərbaycan Türkiyə və Gürcüstan ilə birlikdə onun tikintisində çox fəal iştirak edib. Çox şadam ki, bu gün biz birlikdə tarixi hadisəni qeyd edirik: Türkiyə Prezidenti, gürcüstanlı, qazaxıstanlı, özbəkistanlı dostlarımız – baş nazirlər, Türkmənistandan, Tacikistandan nazirlər. Yəni, onların iştirakı bu layihənin nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu, ən qısa, ən etibarlı yoldur. Bu yol bütün region üçün firavanlıq, sabitlik, inkişaf gətirəcək».

 





04.11.2017    çap et  çap et