Vaxt.Az

Azərbaycan Avropa çempionudur!


 

Şahmat üzrə milli komandamız qitənin üç qat ən güclüsü oldu

Azərbaycan Avropa çempionudur! Azərbaycanın kişilərdən ibarət şahmat yığması Avropa çempionu adını qazandı!

Yunanıstanın Krit adasında bu gün başa çatan turnirdə Azərbaycan və Rusiya komandaları hərəyə 14 xal toplayıblar. Lakin əlavə göstəricilərə görə milli komandamız daha güclüdür.

Bundan əvvəl Azərbaycan millisi 2009 və 2013-cü illərdə Avropa çempionu adını qazanıb.

 

***

 

20:24

Krit adasında (Yunanıstan) keçirilən Avropa komanda çempionatının sonuncu-9-cu turu keçirilib. Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Ukrayna komandası ilə qarşılaşıb.

Azərbaycan-Ukrayna matçında Şəhriyar Məmmədyarov-Pavel Elyanov, Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Panomaryov və Rauf Məmmədov-Martın Kravtsiv görüşləri keçirilib.

Bütün cütlüklər heç-heçə oynayıb. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

9 turdan sonra Azərbaycan komandası çempionata liderlik edir (15 xal), 2-ci və 3-cü yerləri isə Rusiya ilə Ukrayna bölüşürlər. Çempionatın qalibi hal-hazırda keçirilən Rusiya-Almaniya qarşılaşmasından sonra bəlli olacaq.

 





06.11.2017    çap et  çap et