Vaxt.Az

«Sübut etdik ki, Avropanın ən ağıllı xalqıyıq»


 

Şəhriyar Məmmədyarov: «İkincidən yaxşı bir yer var, o da birincidir»

«Sübut etdik ki, Avropanın ən ağıllı xalqıyıq» Şahmat üzrə Avropa çempionu olmaq, Olimpiya çempionu olmaqdan daha çətindir. Burada yüksək səviyyəli komandalar daha tez-tez görüşürlər.

Bunu Gənclər və İdman Nazirinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında şahmat komandamızın üzvü Şəhriyar Məmmədyarov deyib.

«Biz bu turnirdə Rusiya, Macarıstan, Ukrayna, Ermənistan, İspaniya kimi komandalarla oynadıq. Sübut etdik ki, doğurdanda Avropanın ən ağıllı xalqıyıq. Biz üçüncü dəfə Avropa çempionu olduq. Bu inanılmaz bir uğurdur», - deyə şahmatçı bildirib.

Azərbaycan tarixində ilk dəfə FİDE reytinqində ikinci pilləyə yüksələn Ş.Məmmədyarov qeyd edib ki, hər bir şahmatçının güclü vaxtları olur: «İnşallah, ikincidən yaxşı bir yer var, o da birincidir. Mübarizəyə qoşulub Maqnus Karlsenə qalib gəlməyə çalışacağam. Onu da məğlub etmək mümkündür».

 





07.11.2017    çap et  çap et