Vaxt.Az

TANAP müzakirə olundu


 

Azərbaycan və Türkiyənin energetika nazirləri bir araya gəldi

TANAP müzakirə olundu Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayraq və Azərbaycanın energetika naziri Pərviz Şahbazov birgə həyata keçirilən enerji layihələrini müzakirə ediblər.

Bu barədə B.Albayraq «Twitter»dəki səhifəsində yazıb.

Türkiyəli nazir qeyd edib ki, görüş çərçivəsində TANAP layihəsinin icrası, həmçinin energetika sahəsində münasibətlərin inkişafı məsələləri müzakirə olunub.

Nazirlərin görüşü Ankarada keçirilib. Azərbaycanın energetika naziri Türkiyəyə B.Albayrağın dəvəti ilə səfər edib.

Energetika Nazirliyindən isə bildiriblər ki, P.Şahbazovun Türkiyəyə səfəri tanışlıq xarakteri daşıyır.

 





07.11.2017    çap et  çap et