Vaxt.Az

«Heç vaxt «heç vaxt» deməyək»


 

İtaliya mətbuatı «Qarabağ» haqda ...

«Heç vaxt «heç vaxt» deməyək» «Qarabağ»ın Çempionlar Liqasında mübarizə apardığı C qrupu haqda İtaliya mətbuatında yazı dərc olunub. VAXT.AZ xəbər verir ki, həmkarlarımız 3-cü pillədə qərarlaşan «Atletiko» və qrupun sonuncusu olan Azərbaycan çempionunun şanslarını dəyərləndiriblər.

Yazıda «Atletiko» və «Qarabağ» arasında Avropa Liqasına getmək uğrunda mübarizəyə yer verilib: «Atletiko» yeni stadionunda keçirdiyi hər 2 oyunda qələbə qazana bilməyib. Madrid təmsilçisi «Vanda Metropolitano»da «Çelsi»yə məğlub olub. Bura «Atletiko»nun «Qarabağ»la, 2 il əvvələ qədər Avropada tanınmayan komanda ilə heç-heçə oynamasını da əlavə etmək lazımdı. Halbuki, «Atletiko» 2016-cı ildə Çempionlar Liqasında birinci olmaq üçün «Real»la mübarizə aparırdı. İndi isə komanda Avropa Liqasına getməyə daha yaxındı. Amma bunun üçün öz meydanında «Roma»ya qalib gəlməlidir. Eyni zamanda, «Çelsi» ilə qarşılaşacaq «Qarabağ»ın məğlubiyyətini gözləməlidir. «Qarabağ» son oyunlarda xal qazana bilməyəcək. Ancaq heç vaxt «heç vaxt» deməyək».

Qeyd edək ki, qrupda 5-ci turun oyunları noyabrın 22-də keçiriləcək. (apasport.az)

 





07.11.2017    çap et  çap et