Vaxt.Az

«Bizim cavab çox sərt olacaq»


 

İsraildə müharibədən çəkinirlər

«Bizim cavab çox sərt olacaq» İsraildə Səudiyyə Ərəbistanı və İran arasındakı münaqişə həyəcanla izlənir. Son vaxtlar ölkə rəhbərliyi bəzi ölkələrin regiondakı yeni müharibəyə yəhudi dövlətini cəlb etmək cəhdləri daxil olmaqla hadisələrin inkişafının bütün mümkün variantlarını nəzərdən keçirir.

«Yaxın Şərqdə əvvəlki kimi İsrailə qarşı hücumlardan sevinənlər var. Xüsusilə qeyd etmək istəyirəm ki, bizim cavabımız çox sərt olacaq və kiməsə bizim gücümüzü yoxlamağı məsləhət görmürük», - deyə bazar günü hökumətin həftəlik qurultayının açılışını edən ölkənin baş naziri Benyamin Netanyahu bəyan edib.

 

Müharibə üçün səbəb

 

Netanyahunun sözləri ilk növbədə Fələstinin «İslam cihadı» (İsraildə, ABŞ-da və bir çox ölkələrdə terror təşkilatı kimi qəbul edilir) təşkilatının rəhbərliyinə ünvanlanıb.

Oktyabrın 30-da Qəzza bölgəsi ilə sərhəddə yeraltı tunelin məhv edilməsi istiqamətində aparılan hərbi əməliyyatlarda 12 döyüşçü məhv edilib.

2014-cü ilin yayında, Qəzza bölgəsində hərbi döyüşlər başa çatdıqdan sonra ilk dəfə olaraq İsrail Fələstin döyüşçülərinin yeraltı mövqelərinə hücum zərbələri endirib.

Hərbçilərin sözlərinə görə, İsrail ərazisinə qədər gedib çıxan bu tuneldən Qəzza bölgəsinə bitişik məntəqələrdə yaşayan sakinlərə qarşı terror aktından istifadə oluna bilərdi.

5 döyüşçünün cəsədi hələ də İsrailin əlindədir. Hazırkı mərhələdə İsrail onları Qəzzaya qaytarmaqdan imtina edərək əvəzində 2014-cü ilin yayında bölgədə gedən döyüşlərdə həlak olan iki İsrail hərbçisinin cəsədinin qaytarılmasını tələb edir.

«İslam cihadı» fəallarının ölümüylə bağlı cavab verəcəklərini vəd etmişdilər. Lakin hadisədən iki həftə keçməsinə baxmayaraq heç bir reaksiya yoxdur.

Bu isə İsrailin hərbi ekspertlərinə Qəzza bölgəsindəki Fələstin təşkilatının davranışları ilə ərəb dünyasındakı son gərgnlikılər arasında açıq-aşkar əlaqə olduğunu söyləməyə əsas verib.

Sonuncu münaqişələrə səbəb Səudiyyə Ərəbistanı ilə açıq-aşkar İran tərəfindən dəstəklənən «Hizbullah» şiə qruplaşması arasında yaranan gərginlikdir.

«Fələstinli terrorçuların İsrailə qarşı istənilən təxribatına biz dərhal cavab verə bilərik və bu da Qəzza bölgəsində yeni müharibəyə səbəb ola bilər. Bu gün Yaxın Şərqdə böyük müharibənin məhz bizim tərəfimizdən başlanmasını görmək istəyən kifayət qədər «oyunçular» var. Bu onlara öz daxili problemlərini həll etməyə köməklik edə bilər», - deyə ehtiyatda olan general-mayor Dani Rotşild (Dani Rotshield) bildirib.

«Galey Tsakhal» ordu radiostansiyasına müsahibə verən general Rotşild qeyd edib ki, İsrail Səudiyyə Ərəbistanı ilə İran və «Hizbullah»ın daxil olduğu şiə məhvəri arasındakı münaqişədə öz mövqeyini gizlətməməlidir. Bir halda ki, Səudiyyə Ərəbistanın maraqlarıyla yəhudi dövlətinin maraqları bir çox hallarda üst-üstə düşür.

Hər iki dövlət hesab edir ki, İran Yaxın Şərqdə sabitliyi pozan başlıca amildir və baxmayaraq ki, dipolmatik əlaqələr mövcud deyil, o, faktiki olaraq barrikadanın bir tərəfində fəliyyət göstərir.

 

Maraqlar dairəsi

 

Noyabrın əvvəlində İsrail rəhbərliyi Livanın baş naziri Saad Həririnin istefasına rəsmən münasibət bildirmişdi.

«Livanın baş naziri Həririnin istefası və bəyanatı beynəlxalq ictimaiyyəti Suriyanı ikinci Livana çevirməyə cəhd göstərən İran zorakılığına qarşı təcili tədbirlər görməsinə ciddi bir çağırışdır», - deyə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

İlk baxışda, bu addım bəziləri üçün gözlənilməz ola bilər. Çünki İsraildə uzun müddət müxtəlif regional münaqişələr barədə öz mövqeyini rəsmən bəyan etmək düzgün hesab edilmirdi.

«Lakin Həriri ilə bağlı hal, xüsusilə onun Səudiyyə Ərəbistanına səfəri bu qaydalara istisna edib». İsrailin Rusiyadakı keçmiş səfiri, hazırda INSS Milli Təhükəsizlik İnstitutunun baş tədqiqatçısı Tsvi Maqen (Tsvi Magen) belə deyib.

«İsrail bu münaqişənin kənarında qala bilməz, çünki İran onun iştirakçılarından biridir. Bu isə o deməkdir ki, bu bizim əsas maraqlarımızın tərkib hissəsidir. Nəzərə alsaq ki, İsrailin bu gün ABŞ vasitəsilə Səudiyyə Ərəbistanına çıxışı var, ehtimal etmək olar ki, İsrail və Ər-Riyad öz addımlarını sıx şəkildə əlaqələndirirlər», Maqen bildirb.

Netanyahunun bəyanatından iki həftə sonra İsrail televiziyasının 10-cu kanalı xaricdə fəaliyyət göstərən İsrail diplomatlarına Xarici İşlər Nazirliyi tərəfindən qeyri-adi göstəriş verilməsi barədə məlumat yayıb.

Sənədin əsas ismarıcı - Səudiyyə Ərəbəsitanına Yaxın Şərqdə artan İran təsirinə qarşı müqavimət göstərmək cəhdlərinə diplomatik səviyyədə maksimum dəstək göstərilməsi olub.

 

Yaxın Şərqdə «İranlaşma»

 

«Səudiyyə Ərəbistanında çox gözəl bilirlər ki, Yaxın Şərqdə «iranlaşma» prossesi gedir və bu da, ən əsası krallığın özü üçün çox pis sonluqla nəticələnə bilər.

Onlar üçün İran generalı Qasım Süleymani düşməndir, bu İsrail üçün də belədir və onlar radikal tədbirlər görməyə hazırdırlar», - deyə Təl-Əviv universitetinin professoru Uzi Rabi (Uzi Raby) bildirib.

Rabinin sözlərinə görə, Səudiyyə Ərəbistanı bu gün öz ərazilərindəki radikallarla qarşıdakı döyüşləri Livan ərazisinə keçirməyə üstünlük verir.

Bunu «Hizbullah» şiə qruplaşmasının lideri şeyx Həsən Nəsrullahın Ər-Riyadın ünvanına rəsmi ittihamlarıyla əlaqələndirmək olar.

Onun fikrincə, o, bununla İsrailə Livana zərbə endirməsi ilə bağlı müraciət edib.

«İsrail kənarda dayanıb şiələr və sünnilər arasındakı münaqişəyə çəkilməsini gözləməməlidir. Əksinə, öz milli maraqlarından yola çıxaraq müstəqil şəkildə hərərkət etməlidir. Bir daha hamıya bizim qırmız xəttlərin haradan keçdiyini xatırlatmaq lazımdır», - deyə professor Rabi qeyd edib.

İsrailin qırmızı xəttlər mövzusu, həmçinin İranın Suriyaya təsiri Benyamin Netanyahunun Rusiya prezidenti Vladimir Putinlə Soçidə baş tutan görüşü və Rusiya müdafiə naziri Sergey Şoyqunun İsrailə səfəri zamanı da müzakirə olunub.

Bu görüşlərdə adı İsrailə yaxşı tanış olan İslam İnqilabı Keşikçiləri Ordusunun (SEPAH) tərkibində olan «Əl-Qüds» xüsusi təyinatlı dəstənin komandiri Qasım Süleymaninin müzakirə edildiyi istisna edilmir.

İsrail hərbçiləri məhz Süleymanini İran və Suriyada baş verən son hadisələrin əsas mərkəzi hesab edilər.

«Livandakı vəziyyət etinasız yanaşılmayacaq bir haldır. Livan - «Hizbullah» deməkdir, «Hizbullah» isə İran», - deyə İsrailin nəqliyyat və kəşfiyyat naziri İsrael Kats ABŞ-a işgüzar səfəri ərəfəsində bildirib.

Kats-ın fikrincə, Səudiyyə Ərəbistanındakı son münaqişə İran və «Hizbullah» tərəfindən Cənubi Livanda öz təsirini möhkəmlətmək məqsədilə istifadə oluna bilər.

Bu, BMT Təhlükəsizlik Şurasının 1701-ci qətnaməsiylə 2006-cı ildə qadağan edilib.

Onun sözlərinə görə, son illər şiə qruplaşması bu regionda ciddi şəkildə öz mövqelərini möhkəmlədib və İsrail bu faktı beynəlxalq ictimaiyyətə, BMT baş katibinə və regiondakı digər böyük «oyunçulara» çatdırmağa məcburdur.

««Hizbullah»ın silahsızlaşdırılması və bizim sərhədlərdən uzaqlaşdırılması təkcə bizim maraqlarımız üçün deyil, bütün beynəlxalq ictimaiyyətin hədəfi olmalıdır. Əks halda biz hazırkı problemi müstəqil şəkildə həll etməliyik, bu isə genişmiqyaslı hərbi münaqişəyə gətirib çıxara bilər», - deyə nazir qeyd edib.

 





13.11.2017    çap et  çap et