Vaxt.Az

Bədənindən beş güllə çıxarılıb


 

Şimali Koreyadan qaçan əsgərin vəziyyəti ağırdır

Bədənindən beş güllə çıxarılıb Şimali Koreya hərbçisi iki Koreya arasındakı Demilitarizasiya olunmuş Zonadan (DMZ) keçməklə Cənubi Koreyaya daxil olmağa cəhd edərkən azı 5 güllə yarası alıb, Cənubi Koreya rəsmiləri bildirib.

Həmin hərbçi Cənubi Koreyaya Panmuncom kəndi yaxınlığında bazar ertəsi qaçıb.

Cənubi Koreya bildirib ki, Şimaldan qaçan hərbçi sərhədə avtomobildə yaxınlaşıb, lakin maşının təkəri boşaldığıdan sonra yolunu ayaqla davam etdirib.

Şimali Koreya qoşunları həmin əsgərə 40 dəfə atəş açıb, lakin o, sərhədi keçməyə nail olub və yaralı halda yarpaq tayası altında tapılıb.

Hər il Şimali Koreyadan Cənuba təxminən 1000-dək adam qaçır.

DMZ ciddi sürətdə qorunduğundan, adətən, buradan çox az sayda adam Cənuba keçməyə cəhd göstərir.

İki Koreya arasında sərhəddəki DMZ dünyada ən sərt mühafizə edilən zolaqlardan biridir.

Cənubi Koreya hərbiyyəsinin rəsmisi Suh Uk bildirib ki, qaçaq əsgərin həyatını xilas etmək mümkündür.

Həkimlər onun bədənindən 5 güllə çıxarıb, daha iki güllənin bədənində qaldığına dair şübhələr var.

Şimali Koreyadan qaçan əsgər, ona gülə açıldıqdan sonra Cənubi Koreya tərəfinə keçməyə nail olub və bina divarı arxasında açılan atəşdən gizlənib, lakin bir müddətdən sonra o, huşunu itirib.

Cənubi Koreya əsgərləri onu yarpaq tayasının altından tapıb.

Seul bildirib ki, Koreya müharibəsi 1953-cü ildə bitəndən bəri 30,000-dən çox Şimali Koreya vətəndaşı Cənuba qaçıb.

 





15.11.2017    çap et  çap et