Vaxt.Az

Bakı-Tiflisi aviareysi təxirə salınıb


 

Gürcüstan paytaxtında qatı duman var

Bakı-Tiflisi aviareysi təxirə salınıb Tbilisidə müşahidə olunan güclü duman səbəbindən Bakı-Tiflisi aviareysi bu gün Bakı vaxtı ilə saat 13:00-a kimi təxirə salınıb.

«Azərbaycan Hava Yolları» QSC-dən Trend-ə bildirilib ki, ilkin məlumata görə, saat 10:10-da uçmalı olan təyyarənin Bakı vaxtı ilə saat 13:00-da uçacağı gözlənilir.

Tbilisi Beynəlxalq Aeroportundan Trend-ə verilən məlumata görə, güclü dumanla əlaqədar aeroport üç aviareysi qəbul edə bilməyib. Bu gün səhər tezdən Münhen, İstanbul və Varşavadan olan təyyarələr yerə enə bilməyiblər.

 





29.01.2014    çap et  çap et