Vaxt.Az

Tərk edilmiş kəndə köçmək istəyənlərə 25 min dollar təklif olunur


 

Əsas şərtlər isə 45 aşağı yaş, 200 min dollarlıq ev və 10 illik yaşamaqdır

Tərk edilmiş kəndə köçmək istəyənlərə 25 min dollar təklif olunur «The Independent» yazır ki, İsveçrəinin cənub-qərbində balaca bir dağ kəndinin sakinləri bu kəndə pul ödənişi ilə kənardan məskun gətirilməsi siyasətinə səs verməyə hazırlaşırlar.

Belə bir təklifin irəli sürülməsi son illərdə Albien kəndinin boşalması ilə bağlıdır.

Bu cənnət qucağında yerləşən kəndin bir çox evlərindən yalnız bağ evləri kimi istifadə olunur.

Elə bu yaxınlarda daha üç ailə kəndi tərk edib və bunun nəticəsində daha səkkiz şagirdini itirən kənd məktəbi bağlanıb.

Yeni təklifə görə, bu kənddə ev almaq və ya ev tikdirmək istəyənlərə adambaşına 25 min frank (25 min dollar) təklif oluna bilər.

Bura köçən ailələrin hər bir uşağı üçün daha 10 min dollar ödənəcək.

Beləliklə 4 nəfərdən ibarət ailə Albienə köçdüyü təqdirdə toplam 70 min frank və ya 70 min dollar mükafat ala bilər.

Lakin bu mükafatın alınması üçün müəyyən şərtlər qoyulub. Gələcək sakinlərin yaşı 45-dən çox olmamalıdır və onlar burada azı 10 il yaşamalıdırlar.

Bundan başqa onların aldığı və ya tikdirdiyi evin dəyəri azı 200 min dollar olmalıdır.

 





22.11.2017    çap et  çap et