Vaxt.Az

«Amerikalılar nankor millətdir»


 

Leyla Yunus: «30 illik təcrübəsi olan hüquq müdafiəçisinə Saxarov mükafatını vermədilər, dünənki uşağa nüfuzlu mükafat verirlər»

«Amerikalılar nankor millətdir» Tanınmış vəkil Elçin Qəmbərov hüquq müdafiəçisi Leyla Yunusun məhbəs həyatı barədə kitab yazıb. Həmin kitab «Leyla Yunusun parlaqlığı və yoxsulluğu» adlanır.

Hüquq müdaiəçisi və QHT rəhbəri L.Yunus əri Arif Yunusla birlikdə qrantların qarət edilməsi və vergidən yayınmada ittiham edilərək, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdilər, lakin sonradan Apellyasiya məhkəməsi cəzanı yumşaldaraq Yunusa şərti cəza verib. Azad edildikdən sonra hüquq müdafiəçisi əri Arif Yunusla birgə Azərbaycanı tərk edib.

Fəqət bir müddət sonra Yunus cütlüyü yenidən köhnə şakərinə qayıdıb – hökumətin və prezidentin siyasətini kəskin tənqid etməyə başlayıb. L.Yunus Qərbdə cəsur və qəhrəman dissident obrazında görünmək istəyir və özünü sovet totalitarizmi ilə mübarizə aparanlarla eyniləşdirir. Ən çox L.Yunus özünü əfsanəvi hüquq müdafiəçisi, Mordoviyanın həbsxanalarında dünyasını dəyişmiş, lakin bolşevik hakimiyyətinə boyun əyməmiş Marçenko ilə müqayisə edir.

Bəs Leyla Yunus kimdir? Həbsxanadan çıxmağı necə bacarıb? Hakimiyyətlə hansı razılaşmaya gedib? Öz vəkilinə və hökumət məmurlarına Qərb hökumətləri barədə nələr danışıb? E.Qənbərovun kitabı bütün bunları açıb göstərir və hüquq müdafiəçisinin qorxunc simasını ortaya qoyur. Leyla Yunus belə də deyir: «Hakimiyyət məni həbsxana yaramazına çevirmək istəyir. Mən yaramaz olmağa hazıram. Lakin azadlıqdakı yaramaz». Hakimiyyət L.Yunusa azadlıqda yaramaz olmağa fürsət verib.

L.Yunusun söhbətlərinin və məktublarının ən maraqlı hissələrinin, onun «hakimiyyətlə mübarizə yoldaşları» barədə dediklərinin dərcini davam etdirir. Yazının birinciikinci hissələri ilə də tanış ola bilərsiniz.

 

***

 

21.11.2014-cü il tarixli gündəlikdən:

«Ağır xəstəliyi üzündən İşçi qrupunun İntiqam Əliyevlə maraqlandıqdan sonra Respublika rəhbərliyi qarşısında onun barəsində qəti-imkan tədbirinin dəyişdirilməsi haqqında vəsatətlə çıxış etməsini L.Yunus hiddətlə qarşıladı və bildirdi ki, o, dünyada İntiqam Əliyevdən daha məşhurdur, amma onun məsələsini qaldırıblar. Buna cavab olaraq dedim ki, o özü İşçi qrupunun işini boykot etməyə çağırmışdı. Bundan sonra L.Yunusa diqqət gözləmək nə dərəcədə düzgündür? Lakin o sözünə davam etdi: «Bəs nəyə görə Avropa Məhkəməsi İntiqam barəsində qərar çıxarıb, mənim işimə isə indiyə qədər baxılmayıb? Axı bütün Qərb KİV-i və beynəlxalq təşkilatlar məndən yazır, İntiqamı isə heç yada salmırlar». Dedim ki, İntiqam 20 ildən çoxdur Avropa Məhkəməsi ilə işləyir və respublikada yeganə vəkildir ki, Avropa Məhkəməsində böyük nüfuza malikdir, İntiqam barəsində qərarı hələ gecikmiş də hesab etmək olar».

 

20.04.2015-ci il tarixli gündəlikdən:

«Xədicə İsmayılovaya Amerikanın PEN-mərkəzinin mükafatının təqdim olunması L.Yunusda paxıllıq və hiddət yaratdı. Bildirdi ki, ona – 30 illik təcrübəyə malik hüquq müdafiəçisinə Saxarov mükafatını vermədilər, dünənki uşağa bu cür nüfuzlu mükafat verirlər.

Məndən özü barədə məqalə yazmağımı xahiş etdi. Onu digərlərindən – X.İsmayılovadan, İntiqam Əliyevdən, Rəsul Cəfərovdan, Anar Məmmədlidən fərqləndirmək lazım idi və bunu belə əsaslandırmalı idim ki, Leylanın vəziyyəti onlara nisbətdə daha ağırdır. Leyla xaricdə X.İsmayılovaya göstərilən diqqətə qısqanclıqla yanaşır. Qısa müddət ərzində Xədicə bir neçə nüfuzlu mükafat almışdı, ona isə hamı ilə birlikdə verilmiş Polşa mükafatından başqa heç nə qismət olmamışdı. Leyla dedi: «Bu təzyiqi ABŞ göstərib. Mən ona nisbətən amerikalılar üçün çox şey etmişəm, amma amerikalılar nankor millətdir. Xədicə ABŞ-ın, Avropa təşkilatlarının, qərb siyasətçilərinin əsas müdafiə obyektinə çevrilib, məni isə yaddan çıxarmağa başlayıblar. Belə də olmalıdır, axı Xədicə Dövlət Departamentinin rəsmi maaşını alır».

Bakıda Avropa Oyunları ərəfəsində L.Yunusda belə bir israrlı fikir yarandı ki, özünü Avropa Oyunlarının əsiri kimi təqdim etsin. Bunun üçünsə əfsanə uydurmaq lazım idi. Buna görə də, L.Yunus özünü Mart Niklusa bənzətməyə başladı. M.Niklus 1980-ci Moskva Olimpiadasını boykot etməyə çağırdığına görə 1979-cu ildə məhkum edilmiş litvalı alim və hüquq müdafiəçisidir. Bir vaxtlar M.Niklusu Olimpiya Oyunlarının əsiri hesab edirdilər».

 

L.Yunusun qızına məktublarından:

«Başa düş, indi Xədicə də, İntiqam da, başqaları da içəridədir, diqqəti bizə yönəltmək üçün Martın 1980-ci il əhvalatı lazımdır və biz məhz «Avropa Oyunları əsiriyik». Danimarka jurnalına müsahibəndə də Danimarka Olimpiya Komitəsinə, idmançılara  müraciət et ki, Leyla və Arif Yunusların bu tədbirə görə məhkumluq yaşadıqları bir vaxtda idman bayramı təşkil etmək olmaz! Hər yerdə bizi belə adlandır. Qoy məqalələrin başlığına çıxarsınlar ki, biz Avropa Oyunlarının əsiriyik!

 

Mütləq Mart Niklusla bağlı bütün olanları danış, o da mənimlə atan kimi alim idi, professordur, billoqdur. Başa düş, indi əsas bu Avropa Oyunlarıdır! Siyasi məhbuslar həmişə olub! Bu oxucu üçün elə də maraqlı deyil. Amma bizi Oyunlara görə həbs etməkləri və bizim Avropa Oyunlarının əsiri olmağımız və bunun Mart Niklusla bağlı sovet əhvalatının davamı olması artıq maraqlıdır»;

 

«Müraciət et ki, «L. və A.Yunuslar – Avropa Oyunlarının əsirləri» məhbusdur. Müntəzəm olaraq bunu yaz ki, atan «daş kisə»də təkdir və onun səhhətindən xəbərimiz yoxdur. Anan isə xəstədir və ölür. Mən bu gün Qırmızı Xaçdan atandan məktub almışam. Dözür. Afərin ona. Ayrıca olaraq Almaniyanın, Polşanın, Norveçin, Fransanın və Çexiyanın olimpiya komitələrinə bizim barədə hər şeyi yaz və qeyd et ki, biz «Avropa Oyunları əsiriyik», xahiş et ki, bizim iyun ayına qədər azad edilməyimizi tələb etsinlər. Kömək istə, Di. Biz bu iki ən yaxın imkandan istifadə etməliyik – Ollandın 24 apreldə (2015) Bakıya səfəri, Əlikram Hümbətovu deportasiya ediblər, vətəndaşlıqdan məhrum ediblər, nəyə görə bu təcrübəni təkrarlamasınlar? Di, indi Ollanda daha çox diqqət ayır»;

 

«Yenə təkrar edirəm, sən istifadə etməlisən ki, 2019-cu ildə Oyunlar Hollandiyada keçiriləcək. Onlardan xahiş et!» Əlbəttə, çox vacibdir ki, jurnalistlər, idmançılar bizim adlarımız, şəkillərimiz olan maykaları geyinsinlər, məhz Bakıda. Bakıdakı mətbuat konfranslarında»;

 

«Di! Əsas Olimpiadadır, başqa şeylərə hələlik toxunmağın vaxtı deyil. İ.Ə. Mühnehdə olub, onlar Olimpiadaya hazırlaşır, onlara təzyiq yoxdur.

 

Bu da sənə plan:

 

1.) «Olimpiada əsirlərinə azadlıq! Avropa Olimpiya Oyunları həbsxanada keçirilə bilməz!» Komitəsini yaratmaq. Bu da Komitənin təxmini adı.

 

2.) Komitəyə bunların daxil olmasını xahiş et:

 

- EED sədri

 

- MA şefi - Nikola Ducrwort (UK)

 

- FIDH şefi (Fransa)

 

- Hamburqdan Martina

 

- HRW (ABŞ)

 

- «yaşıllar» partiyasından Avropa İttifaqının deputatları

 

- Svetlana Qanuşkina (Moskva)

 

- Berit (Norveç)

 

- Norveç, Hollandiya deputatları


- aparıcı jurnalistlər – Regis və başqaları.


Patrik Hikdən tələb edin ki, İ.Ə.-yə açıq müraciət etsin və bizim azad edilməyimizi tələb etsin. Ona yaz ki, Avropada bütün ədalətli insanlar, KİV Olimpiya Oyunlarının boykotunu tələb edəcəklər və yazacaqlar ki, Patrik Hik Olimpiya Oyunlarının əsas Qanununu pozur – Sülh! İnsan hüquqları!

İki məktub hazırlamaq lazımdır: 1) komitənin idmançılara məktubu; 2) bu idmançıların İ.Ə.-yə məktubu və bu məktubu idmançılar imzalamalıdır. İdmançılara məktubda «bizim həbsimiz, bizim məhz Olimpiada əsirləri olmağımız»la bağlı vəziyyət təsvir olunmalıdır. Xahiş et ki, İ.Ə.-dən bizim azadlığımızı tələb etsin! Yaz ki, o, bizi azad etməlidir. Biz yaxınlıqda həbsxanada olan vaxt Bakıda Oyunlarla məşğul olmaq olmaz. L. və A.Yunus dərhal azad edilməlidirlər. Onların həbsxanada saxlanması Bakıda Avropa Oyunlarının keçirilməsini mümkünsüz edir!»

 

17.02.2015-ci il tarixli gündəlikdən:

«L.Yunusun onu Avropa Oyunlarının əsiri kimi tanımaq çağırışları gözlənilən nəticəni vermir. Bu fakt onu narahat edir, deyir ki, Avropa Oyunlarının əsiri statusu onun azad olunmaq imkanlarını artırır. Onun arzusu o qədər absurddur ki, mən dözmədim və bildirdim ki, bu tezis keçməyəcək, bununla bağlı faktlar yoxdur.

O cavab verdi ki, əvvəlcə özü inanmalıdır, onda başqaları da inanacaq, sonra isə görəcəksən ki, nəticələr necə olacaq. Məşhur hüquq müdafiəçisi belə işləyir - əfsanə uydur, ona inan, sonra isə başqalarını inandırmağa başla. Pis texnologiya deyil! Əsas odur ki, gəlir gətirir, özü də necə. Kompüterin arxasında oturursan, «əfsanə» uydurursan, ünvanlara yollayıran, qrantlar alırsan – daş daşımaq deyil. Leyla doğrudan da inanmışdı ki, tarixi şəxsiyyətdir. Leyla orta səviyyəli tarixçidir, Ariflə heç cür müqayisə etmək olmaz. O, ehkamçıdır. Sovet tarix elminin tədrisini alıb və yeni elmi araşdırmaları qəbul etmir. Yeri gəldi-gəlmədi binəva nəzarətçilər önündə Şalamovdan, Soljenitsından sitatlar gətirir. Onlar isə heç orta məktəbi düz-əməlli oxumayıblar, sonradan isə bu nəzarətçiləri ələ salır. Onun ziyalılığı və dəyanəti yoxdur, hər şey nümayişkaranədir». (virtualaz.org)

(ardı var)

 





22.11.2017    çap et  çap et