Vaxt.Az

«ABŞ həqiqi müttəfiqləri maliyyələşdirməlidir»


 

«The Washington Times»: «Qanunsuz rejimləri və digər dövlətlərin vassalı olanları deyil, ...»

«ABŞ həqiqi müttəfiqləri maliyyələşdirməlidir» ABŞ digər dövlətlərin vassalı olmayan həqiqi müttəfiqləri maliyyələşdirməlidir.

Bu, «Jewish News Service» qəzetinin keçmiş baş redaktoru Ceykob Kamarasın «The Washington Times» qəzetində dərc olunan «Dağlıq Qarabağa görə mənəvi oriyentirlərin itirilməsi» məqaləsində yazılıb.

Məqalədə qeyd olunur ki, Amerika hökumətinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda qeyri-qanuni rejimə maliyyə yardımı göstərməsi ABŞ-ın rəsmi xarici siyasətinə uyğun deyil.

Müəllif vurğulayır ki, Azərbaycanın ərazi bütövlüyünün həqiqətən dəstəklənməsi ABŞ tərəfdən Dağlıq Qarabağdakı qeyri-qanuni rejimə maliyyə yardımının dayandırılmasını da şərtləndirməlidir.

C.Kamaras məqaləsində onu da qeyd edir ki, Ermənistan faktiki olaraq üçüncü dövlətin vassalıdır, amma buna baxmayaraq amerikalı vergi ödəyicilərinin pullarını istifadə etməkdə davam edir: «Amerika digər dövlətlərin vassalı olmayan həqiqi müttəfiqləri maliyyələşdirməlidir. Ermənistan tərəfindən Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimə maliyyə yardımının dayandırılması bütün dünyaya adekvat ismarıc olardı».

 





22.11.2017    çap et  çap et