Vaxt.Az

Putin Ərdoğanın stulunu aşırdı


 

Prezidentlərin mətbuat konfransında kuryoz hadisə

Putin Ərdoğanın stulunu aşırdı Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın oturduğu stulu aşırıb. Virtualaz.org xəbər verir ki, bununla bağlı «Twitter» izləyiciləri video paylaşıblar.

Bu noyabrın 22-də Putin, Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında Soçidə keçirilən üçtərəfli görüşdən sonra baş verib. Görüşün nəticələri ilə bağlı liderlər mətbuat qarşısına çıxıblar. V.Putin ayağa qalxaraq özündən solda əyləşən Türkiyə prezidentinin əlini sıxıb və stulunu çəkərək qalxmasına kömək etmək istəyib, lakin stul aşıb.

Türkiyə telekanallarında yayımlanan kadrlardan görünür ki, işçilərdən biri yaxınlaşaraq dərhal aşan stulu qaldırır.

 





24.11.2017    çap et  çap et