Vaxt.Az

Şehiç ÇL-in ən yaxşısıdır


 

«Qarabağ» isə…

Şehiç ÇL-in ən yaxşısıdır UEFA Çempionlar Liqasının (ÇL) 5-ci turundan sonra statistik göstəricilər açıqlanıb.

UEFA həm fərdi, həm komanda hesabında ən yaxşı və ən bərbad olanları müəyyənləşdirib. Fərdi statistikalarda ön sıralarda qərarlaşanlar arasında «Qarabağ»ın futbolçuları da var. Onlardan ikisi müsbət, biri mənfi mənada diqqət mərkəzinə düşüb.

Azərbaycan çempionunun heyətində İbrahim Şehiç qitənin ən nüfuzlu klub turnirində ən çox qurtarış edən qapıçıdı. Bosniya və herseqovinalı hamıdan çox – 27 dəfə qapısını qoldan xilas edib. O, ən yaxın izləyicisi Yasmin Handanoviçi 2 rəqəm qabaqlayır.

Riçard Almeyda dəqiq ötürmələrin sayında ilk «onluq»da yer alıb. 343 pas verən braziliyalı turnirin 9-cusudu.

İntizamsızlar siyahısına isə 15 qayda pozuntusuna yol verən Pedro Enrike «başçılıq edir».

Komanda göstəricilərində isə «Qarabağ» yalnız mənfi mənada fərqlənə bilib. Azərbaycan çempionu rəqib qapılarına hamıdan az – vur-tut 36 zərbə endirib.

5 matç keçirən təmsilçimiz orta hesabla hər görüşdə 7,2 dəfə qapını nişan almağa cəhd edib. «Qarabağ» bunların yalnız 8-də çərçivəyə düşüb. 5 oyunda 8 dəfə çərçivəyə zərbə endirən Ağdam klubu bu göstəricidə də sonuncu sıradadır.

Çərçivəyə düşməyən zərbə sayında təmsilçimiz 3-cü yerdədir – 16 zərbə.

Arxada qalan oyunlarda cəmi 10 dəfə künc zərbəsi yerinə yetirən Qurban Qurbanovun yetirmələri yalnız «Spartak»dan öndədir. Rusiyalılar 8 kornerlə kifayətlənib.

Qapısı önündə 38 belə zərbə vurulan «Qarabağ» 4-5-ci yerləri «Olimpiakos»la bölüşür.

Çempionumuz qırmızı vərəqə sayında Çempionlar Liqasının ən çox cəzalanan komandasıdır. Debütant yeganə klubdur ki, ilk 5 oyunda 3 dəfə meydandan qovulmaya üzülüb. (Apasport)

 





24.11.2017    çap et  çap et