Vaxt.Az

«Əsəd getməlidir»


 

Suriya müxalifəti israr edir

«Əsəd getməlidir» Suriya müxalifəti Cenevrədə Dəməşq nümayəndələri ilə danışıqlar aparmaq üçün daimi heyət yaratmaq barədə razılığa gəlib.

APA TV-nin məlumatına görə,  bu barədə Ər-Riyadda müxalifət nümayəndələrinin görüşündən sonra bildirilib.

Müxalifət nümayəndəsi Firas əl-Xaldi, görüş iştirakçılarının Suriya prezidenti Bəşər Əsədin istefasının zəruriliyi barədə ortaq fikir ifadə etdiyini bildirib.

Rəsmi Moskva isə qoyulan bu tələblə bağlı müəyyən şübhələrin olduğuna diqqət çəkib.

Rusiya və Suriya prezidentlərinin görüşü zamanı tərəflər hərbi əməliyyatların mövcud mərhələsi ilə bağlı fikirlərini bölüşüb.

Qeyd olunub ki, Suriya böhranının həlli istiqamətində son dərəcə vacib addım siyasi tənzimləmə prosesinə keçiddən ibarətdir.

 





24.11.2017    çap et  çap et