Vaxt.Az

«Etiraf edim ki, qorxduq»


 

«Çelsi» Bakıdan qayıdanda nə baş verib...

«Etiraf edim ki, qorxduq» «Çelsi»nin baş məşqçisi Antonio Konte İngiltərə Premyer-Liqasında «Liverpul»la oyun öncəsində keçirilmiş mətbuat konfransında Azərbaycanda «Qarabağ»la keçirdikləri matçdan sonra Londona qayıdarkən qorxulu anlar yaşadıqlarını bildirib.

Konte baş verənlərlə bağlı deyib: «Azərbaycandan qayıdarkən təyyarənin enişi vaxtı problemlər baş verdi. Güclü külək üzündən təyyarə ilk cəhddən hava limanında yerə enə bilmədi və ikinci dövrəyə qalxdı. İkinci cəhd uğurlu oldu, amma etiraf edim ki, az da olsa qorxduq».

 





24.11.2017    çap et  çap et