Vaxt.Az

«Star» üçün geri sayım başlayıb


 

Zavod ildə 10 milyon ton xam neft emal edəcək

«Star» üçün geri sayım başlayıb Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan "STAR" neft emalı zavodunun fəaliyyətə başlaması üçün geriyə sayım başlayıb.

Türkiyənin «Ekonomist» nəşrinin verdiyi xəbərə görə, «STAR Rafineri A.Ş»nin baş direktoru Mesut İlter bildirib ki, zavod gələn il oktyabrın 1-də istifadəyə veriləcək.

«Təməli Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan tərəfindən 2011-ci il oktyabrın 25-də atılan zavodda inşaat işlərinin 96,4 faizi (oktyabrın sonuna-Rep.) tamamlanıb. Zavodda Türkiyənin idxaldan asılı olduğu məhsullar istehsal olunacaq. Zavod Türkiyənin cari kəsirinin örtülməsində 1,5 milyard dollarlıq fayda verəcək. Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib zavodda ildə 10 milyon ton xam neft emal ediləcək. Zavod fəaliyyətə başladıqdan sonra burada ildə 1,6 milyon ton nafta, 4,8 milyon ton ultra aşağı kükürdlü dizel, 1,6 milyon ton təyyarə yanacağı, 700 min ton neft koksu, 160 min ton kükürd və digər məhsullar istehsal olunacaq», - deyə M.İlter qeyd edib.

 





24.11.2017    çap et  çap et