Vaxt.Az

Baş məşqçi güləşçini uduzmağa məcbur etdi


 

İsrailli idmançı ilə qarşılaşmaması üçün iranlı Əlireza Kərimi dünya çempionatını medalsız tərk etdi

Baş məşqçi güləşçini uduzmağa məcbur etdi Güləş üzrə U-23 Dünya çempionatında sərbəst güləş üzrə 86 kiloqram çəki dərəcəsində mübarizə aparan İran güləşçisi Əlireza Kərimi Maxani növbəti mərhələdə israilli güləşçi ilə güləşməmək üçün rəqibinə qəsdən uduzub.

Polşada keçirilən çempionatda rusiyalı rəqibi Əlixan Cəbrayılova qarşı güləşən iranlı matçın ortasında 3-2 hesabı ilə irəlidə olduğu an onun məşqçiləri matçı dayandırıblar.

Çempionatda çəkilən videoda məşqçilərin bu an Əlirezaya »sən uduzmalısan» çağırdıqları eşidilir.

Buna səbəbin, digər matçda israilli güləşçinin ABŞ-lı rəqibini məğlub edərək, bu matçın qalibinə qarşı güləşməsi şərti olduğu deyilir.

İddia olunur ki, iranlı məşqçilər bunu anladıqda müdaxilə edərək Əlireza Kərimini uduzmağa məcbur ediblər.

Matça bir daha başladıqda, Əlireza Kərimi rəqibinin sıçrayışının qarşısını almadığına görə yıxılaraq matçı 14-3 hesabı ilə uduzub.

Bundan sonra, iranlının rəqibi dörddəbir finalda israilli güləşçi Uri Kalaşnikovu 10-0 hesabı ilə məğlub edib və şənbə günü qızıl finalda qalib gələrək qızıl medalı qazanıb.

Bürünc medal üzrə israilli güləşçiyə qarşı guləşməli olan iranlı bu dəfə də iştirak etməkdən imtina edib.

 





27.11.2017    çap et  çap et