Vaxt.Az
«İrəvanla Moskvanın münasibəti pisləşir»
Markov: «Ukrayna ilə Ermənistanın imzaladıqları sənədlər fərqli olsa da, AB-nin marağı birdir»
Ermənistanla Avropa Birliyi arasında imzalanan məlum müqavilə müəyyən qədər də olsa, Ermənistanla Rusiya Federasiyası arasında olan münasibətləri korlayacaq. Bu sözləri Rusiya Federasiyası İctimai Palatasının üzvü, politoloq Sergey Markov AB ilə Ermənistan arasında imzalanan müqavilənin doğura biləcəyi nəticələr haqda deyib. O qeyd edib ki, bu müqavilənin əsas məqsədinin Ermənistanı az da olsa, Rusiyanın təsirindən çıxarmaq olduğunu hamı bilir: «Lakin bu müqavilə Ukrayna ilə imzalanan müqavilədən fərqlənir. Orda azad ticarət sistemi mövcud idi, Ermənistanla bağlanan müqavilədə isə bu yoxdur.AB hesab edir ki, Ermənistan iqtisadiyyatının necə
qurulması, onun reqlamenti və fəaliyyət göstərəcək qanunlarının tərtibatını
bilavasitə Avropa Şurası tənzimləməlidir. Avropa Birliyi keçmiş SSRİ ölkələrində
Rusiyanın simasında düşmən ölkə obrazı yaratmaqla öz məqsədlərinə nail olmaq
istəyir. Buna görə də baş verənlər İrəvanla Moskva arasındakı münasibətləri
pisləşdirəcək.
Bundan sonra dolayısıyla Azərbaycanla Rusiya Federasiyası
arasında olan münasibətlər üçün yaşıl işıq yanacaq. Rəsmi Bakı ilə Moskva
münasibətlərinin inkişafı üçün yaranan münbit şəraiti dəyərləndirəcəklər».
29.11.2017 çap et