Vaxt.Az

«Hər nə qədər olsa, Kremldən çəkinirlər»


 

Nazarbayev və Luikaşenko erməni təxribatına niyə «yox» deyə bilməyib?

«Hər nə qədər olsa, Kremldən çəkinirlər» Ermənistan ötən həftə Minskdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısında qəbul edilən bəyannaməyə ərazi bütövlüyü ilə yanaşı, müharibə ilə hədələməmə, öz müqəddəratını təyin etmə prinsipini daxil etdirə bilib. Özü də üzv ölkələrin etirazı olmadan.

Halbuki, KTMT-nin üzvü olan iki türk respublikası Qazaxıstan və Qırğızıstan, həmçinin Azərbaycanla dost münasibətlərdə olan Belarus Ermənistanın bəyannaməyə sözügedən prinsiplərin daxil edilməsi təklifinə qarşı çıxsaydılar işğalçı ölkənin istəyi reallaşmayacaqdı. Bəs bu üç ölkə nədən Azərbaycanın maraqlarına toxunan bu məsələdə sözlərini demədilər və bəyannaməyə ermənilərin xeyrinə olan təklifin daxil edilməsinə mane olmadılar?

Politoloq Elxan Şahinoğlu bildirdi ki, KTMT Rusiyanın nəzarəti altındadır, Rusiya isə Ermənistanın himayəçisidir: «Buna baxmayaraq, bu təşkilat çərçivəsində həyata keçirilən müxtəlif tədbirlərdə Azərbaycana dost və tərəfdaş olan ölkələr - Qazaxıstan və Belarus rəsmiləri öz sözlərini deyir, ölkəmizin mövqeyinə dəstək verirlər. Ancaq bu iki dövlətdən hər dəfə Azərbaycana dəstək tələb etmək də düzgün olmaz. Hər nə qədər olsa, həm Astana, həm Minsk Kremldən çəkinirlər. Ermənistan təxribatla məşğuldur və təxribatlarını müxtəlif təşkilatlara inikas etdirməyə çalışır. Hansı təşkilatda ki, Azərbaycan iştirak edir, orada bu təxribat keçmir, hansında ki, Azərbaycan yoxdur, orada istədiyi sənədi keçirməyə bəzən müvəffəq olur».

 





03.12.2017    çap et  çap et