Vaxt.Az

Ramzan Kadırovun adına «analoqu olmayan» məscid


 

Gələn il istifadəyə veriləcək ibadət evində 12 fontan quraşdırılacaq

Ramzan Kadırovun adına «analoqu olmayan» məscid Çeçenistanın Şali şəhərində 20 min nəfərlik məscid tikilir. TASS xəbər verir ki, Çeçenistan lideri Ramzan Kadırovun adını daşıyacaq məscid gələn il istifadəyə veriləcək. Kadırovun mətbuat xidmətindən verilən məlumata görə, məscid Şalinin mərkəzində 5 hektarlıq torpaq sahəsində tikilir.

4 minarənin hər birinin hündürlüyü 63 metr olacaq. Günbəzin hündürlüyü isə 43 metr təşkil edəcək. Məscidin həyətində 12 fontan olacaq. Məscidin tikintisinə 2012-ci ildə başlanıb.

Mətbuat xidməti Kadırovun bu haqda fikirlərini yayıb.

«Biz məscidi gələn il açmağı planlayırıq. Bu, təkcə respublikanın sakinləri üçün yox, həm də çoxsaylı qonaqlarımız üçün əsl bayram olacaq. İnanıram ki, məscidin açılışı ilə turist axını dəfələrlə artacaq» - deyə Kadırov bildirib.

Bildirilir ki, «məscidin dünyada analoqu olmayacaq», büsbütün ağ mərmər ilə bəzədiləcək.

 





11.12.2017    çap et  çap et