Vaxt.Az

5 ildə 200 faiz artıb


 

«Microsoft» dəyəri trilyon dollar olan ilk şirkət olmağa çox yaxındır

5 ildə 200 faiz artıb «Microsoft» rekorda çatmaq üzrədir. Dünyanın ən varlı adamlarından biri olan Bill Qeytsin sahibi olduğu şirkət 2020-ci ilə qədər dünyanın 1 trilyon dollar sərhədini keçən ilk müəssisə olmağa çox yaxındır.

VAXT.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın araşdırma şirkəti «Evercore ISI»nin analitiki Kirk Matern, son dövrlər bulud rabitə və təminat sahəsindəki işi sürətlə yüksələn «Microsoft»un 2020-ci ilə qədər ya da daha əvvəl 1 trilyon dollarlıq böyüklüyə malik dünyanın ilk şirkəti olacağı ehtimalını ortaya atıb.

Hazırda bazar qiyməti 650 milyard dollar olan «Microsoft»un səhmləri, bu il 35 faiz artıb. Bununla da şirkətin son beş ildəki böyüməsi 200 faizi keçib.

Matern və qrupun hesabatında, bazar dəyəri «Microsoft»dan böyük olan «Apple» və «Google»ın baş ofisi «Alphabet»in daha əvvəl 1 trilyon dollara çatıb çatmayacağı barədə bir fikir yer almayıb.

«Apple»ın bu andakı bazar dəyəri 870 milyarddan çoxdur. «Alphabet»in bazar dəyəri isə 725 milyard dollar qiymətləndirilir.

 





13.12.2017    çap et  çap et