Vaxt.Az

Türkiyədə şok olay


 

473 tələbə yeməkdən zəhərləndi

Türkiyədə şok olay Türkiyənin Rizə vilayətində universitet tələbələri arasında kütləvi zəhərlənmə baş verib. «Trend»in məlumatına görə, universitetin yataqxanasında yaşayan 473 tələbə axşam yeməyindən sonra halsızlıq hiss edib.

Onların zəhərləndiyi məlum olub. Tələbələr dərhal xəstəxanaya yerləşdiriliblər.

Tələbələrin hansı qidadan zəhərlənməsi hələlik məlum deyil. Zəhərlənənlərin hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 





13.12.2017    çap et  çap et