Vaxt.Az

«... Soyuq müharibə «uşaq oyuncağı»na bənzəyəcək»


 

«Sberbank»ın başçısı: «ABŞ irimiqyaslı sanksiyalar tətbiq edərsə...»

«... Soyuq müharibə «uşaq oyuncağı»na bənzəyəcək» Rusiyanın ən iri bankı olan «Sberbank»ın başçısı German Qref ABŞ-ı Rusiyaya qarşı irimiqyaslı sanksiyaların tətbiqindən çəkinməyə çağırıb və bildirib ki, belə bir hal baş verərsə, soyuq müharibə «uşaq oyuncağı»na bənzəyəcək.

Virtualaz.org «Financial Times»a istinadən xəbər verir ki, Rusiyanın banklararası SWIFT sistemindən xaric edilməsi yanlış addım ola bilər.

Nəşr xatırladır ki, qərb siyasətçiləri 2014-cü ildən bəri Rusiyanın maliyyə sisteminin ümumdünya bank sistemindən xaric edilməsini tələb edir. Moskva ilə Vaşinqtonun münasibətlərinin son dərəcə pisləşməsi bu məsləni yenidən gündəmə gətirə bilər.

 





25.12.2017    çap et  çap et