Vaxt.Az

Yeni nazir yeni komanda yığır


 

Şahbazovun müavini məlum oldu

Yeni nazir yeni komanda yığır Azərbaycan Energetika Nazirliyində yeni təyinat olub. «Report» xəbər verir ki, Vəliyev Samir Teymur oğlu energetika nazirinin müavini vəzifəsinə təyin edilib.

S.Vəliyev 1962-ci ildə Bakıda anadan olub. 1984-cü ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetini beynəlxalq iqtisadi münasibətlər və beynəlxalq hüquq ixtisası üzrə bitirib. İqtisad elmləri namizədidir. 1992-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində, 1997-1999-cu illərdə Ticarət Nazirliyində, 1999-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində müxtəlif rəhbər vəzifələrdə işləyib. 2001-ci ildən energetika nazirinin müavini vəzifəsinə təyin edilənə qədər İqtisadiyyat Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın əvvəlində Pərviz Oqtay oğlu Şahbazovu energetika naziri təyin edib.

 





25.12.2017    çap et  çap et