APA TV-nin məlumatına görə, PYD-nin Türkiyə və İranın etirazları səbəbi ilə qatılmayacağı bildirilir. Bunu Suriya Kürdləri Milli Şurasının rəhbəri Kava Əzizi «Sputnik»ə deyib.
«Konqresin 29-30 dekabrda başlaması gözlənilir. Biz hələlik dəvət olunmamışıq. Ancaq dəvət gələrsə qatılarıq. İndiyə qədər şuramız və PYD-dən başqa 23 kürdə dəvət gedib. Bu 23 kürd elm adamı, müstəqil şəxslər və başqalarından ibarətdir. PYD, YPG və YPJ-dən isə kimsə dəvət edilməyib. PYD Türkiyə və İranın etirazlarına görə çağırılmayıb».
Suriya Kürdləri Milli Şurası Soçidə keçiriləcək konfransın önəmli olduğunu bildirib. Əzizi bəzi şəxslərin də Türkiyə və İranın etirazına görə konqresə dəvət edilmədiyini deyib.