Vaxt.Az

Britaniyalılar ildə 10 milyon hindtoyuğu yeyir


 

Ölkənin 87 faizi Milad gününü bu nemətlə qeyd edir

Britaniyalılar ildə 10 milyon hindtoyuğu yeyir «The Sun» qəzeti yazır ki, Britaniyada dekabrın 25-i - Milad günündə qoyun, qaz və donuz əti pərəstişkarlaırnı çıxmaqla əksəriyyətin masası üstündə hindtoyuğu olur.

Bəzi statistik məlumatlara görə, 2017-ci ilin Miladında da britaniyalıların 87 faizi bayram yeməyi kimi bu quşun adını çəkiblər.

Bəs görəsən britaniyalılar Milad günündə niyə məhz hindtoyuğu yeyirlər?

«The Sun» yazır ki, bu ənənə çox güman bir yorkşirli kişidən başlanıb.

Təxminən 500 il bundan əvvəl - 1526-cı ildə Uilyam Strikland (William Strickland) adlı bir şəxs Amerika hindularından 6 hindtoyuğu alıbmış.

O, Amerikada aldığı bu ev quşlarını Britaniyaya gətirməzdən əvvəl ada sakinləri bayramlarda yalnız qaz, qaban başı, toyuq və hətta qırqovul yeyərmişlər.

Buna görə də 16-cı əsrdə ölkəyə gəlmiş bu quşun dadına ilk dəfə kral 8-ci Henrix baxıb.

Sonralar kral 7-ci Edvard hindtoyuğunu populyarlaşdırıb.

«The Sun» yazır ki, ticarətdən yaxşı başı çıxan britaniyalılar bu quşun sərfəli olduğunu dərhal başa düşüblər. Hindtoyuğu həm böyüklüyünə görə ailələri bayramlarda tam doyuzdurur, digər tərəfdən toyuqları və mal-qaranı kəsməkdən xilas edirdi. Əvəzində evlərin südü və yumurtası da bol olurdu.

İndiki statistikaya görə, Britaniyada ildə 10 milyon hindtoyuğu yeyilir. Bu da bəllidir ki, britaniyalıların 25 faizi hindtoyuğunu Miladdan bir ay əvvəl alıb buzxanada saxlayır. Belə, ucuz başa gəlir, əlbəttə.

 





25.12.2017    çap et  çap et