Vaxt.Az

Qışda yaz havası


 

Temperatur yüksəlir

Qışda yaz havası Bakıda və Abşeron yarımadasında bu gün (dekabrın 26-da) hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, gecə bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin Böyük Qafqazın bəzi yerlərində yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

 





26.12.2017    çap et  çap et