Vaxt.Az

«Müharibə başlayacaq»


 

ABŞ generallarından orduya xəbərdarlıq

«Müharibə başlayacaq» Pentaqon rəhbəri Ceyms Mettis 82-ci hava-desant diviziyasının Şimali Karolinadakı bazasına səfər edib.

APA TV-nin «Associated Press»ə istinadən məlumatına görə, çıxışında o, hərbçiləri müharibəyə hazır olmağa çağırıb və əlavə edib ki, diplomatiya yalnız ölkənin müharibəyə hazır silahlı qüvvələri olduqda işə yarayır.

Bu arada Norveçdəki ABŞ Hərbi Dəniz Piyadaları Korpusunun komandanı, general Robert Neller şəxsi heyəti bölgədə şiddətli müharibənin başlanacağı, lazım gəldikdə dislokasiya yerinin dəyişdirilə biləcəyi ilə bağlı xəbərdar edib. «Yaxın zamanda diqqətlər Sakit okean bölgəsi və Rusiyaya yönələcək. Buradakı missiyamızı qətiyyən unutmayın. Burada 300 dəniz piyadası var, amma bir gecədə onların sayı 3 minədək artırıla bilər», - deyə, o bildirib.

Qeyd edək ki, qərargahı Kamçatkada yerləşəcək iki bölükdən ibarət yeni orduya Rusiyanın Sakit okean donanmasının Hərbi Hava qoşunları və Hava Hücumundan müdafiə qoşunlarının hərbi dəstələri qatılacaq. Yeni ordunun əsas vəzifəsi Kuril adalarından Vrangel adalarınadək olan geniş ərazinin mühafizəsi olacaq.

Bundan əlavə bir neçə gün öncə Almaniyanın «Bild» qəzeti Rusiyanın böyük ordu ilə NATO-nun Şərqi Avropa, Baltikyanı və Skandinaviyadakı qüvvələrinə qarşı hərbi müdaxilə edəcəyi barədə məlumat yayıb.

 





25.12.2017    çap et  çap et