Vaxt.Az

İlham Əliyev Rusiyada işgüzar səfərdədir


 

Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olub

İlham Əliyev Rusiyada işgüzar səfərdədir Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gəlib.

Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün «Novo-Oqaryovo» dövlət iqamətgahına gəldi.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamladı.

Sonra MDB dövlət başçıları birgə foto çəkdirdilər.

Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü oldu.

 





26.12.2017    çap et  çap et