Vaxt.Az

Şeyxin qızı klinika açıb


 

«Zəhra Clinic» Vəfa Paşazadənin adına qeydiyyatdan keçib

Şeyxin qızı klinika açıb Vergilər Nazirliyi «Zəhra Clinic» MMC-ni dövlət qeydiyyatına alıb. VAXT.AZ xəbər verir ki, «Vergilər» qəzetinin xüsusi buraxılışındakı məlumata görə, MMC-nin nizamnamə kapitalı 100 manatdır.

Klinikanın qanuni təmsilçisi Paşazadə Vəfa Allahşükür qızıdır.

MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi, ev 13, mənzil 111-dir.

Qeyd edək ki, Vəfa Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızıdır.

 





27.12.2017    çap et  çap et