Vaxt.Az

«Gözüm kəlləmə çıxdı»


 

Amerikalı qadına 284 milyard dollarlıq işıq borcu gəlib

«Gözüm kəlləmə çıxdı» ABŞ-ın Pensilvaniya ştatının sakini Meri Horomanski elektrik şirkətinə 284 460 000 000 dollar (təxminən 500 milyard AZN) borclu olduğu barədə bildirişdən dəhşətə gəldiyini deyir.

Sənədə görə 28 176 dollar məbləğində ödənişin ilk hissəsi dekabr ayında çatdırılmalı idi.

«Gözüm kəlləmə çıxdı» - Eriye şəhərində yaşayan qadın yerli jurnalistlərə bildirib.

«Biz Milad bayramı üçün elektrik bəzəklər asmışdıq və mən onların düzgün qoşulmadığını düşündüm», - «Erie Times-News» qəzetində Meri Horomanskinin sözləri iqtibas olunur.

Daha sonra elektrik şirkəti bildirib ki, ödəniş 284 dollar 46 sent təşkil etməli imiş. Yəni məbləğ göstərildiyindən bir milyard az olmalı idi.

«Milyardlarla dollar məbləğində ödənişə rast gəldiyimi yadıma sala bilmirəm», - şirkətin nümayəndəsi Mark Durbin deyib.

«Müştərimizin bu səhvlə bağlı şirkətlə əlaqə saxlamaq səylərinə görə minnətdarıq».

 





27.12.2017    çap et  çap et