Vaxt.Az

Ermənistanda yanacaq bahalaşdı


 

Benzinin və qazın qiyməti 10 faiz, dizeldə isə 7 faiz qalxıb

Ermənistanda yanacaq bahalaşdı 2018-ci il Ermənistanda benzin, dizel yanacağı və qazın bahalaşması ilə başlayıb. Bu barədə Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir. Benzinin qiyməti dekabrın əvvəli ilə müqayisədə 10 faiz artıb. Dizel yanacağı 7 faiz, qaz 10 faiz bahalaşıb.

Yanacağın qiymətinin artması ölkədə aksiz vergisinin artırılması ilə əlaqələndirilir. Belə ki, Ermənistanda aksiz qiymətləri min kubmetr qaz üçün 16 dollardan 52 dollaradək, bir ton neft üçün 52 dollardan 83 dollaradək artıb.

 





04.01.2018    çap et  çap et