Vaxt.Az

Aksiyaları Əhmədinejad təşkil edib


 

SEPAH-dan şok açıqlama: «Hadisələr daha da şiddətli xarakter ala bilərdi»

Aksiyaları Əhmədinejad təşkil edib «Ölkəmizdə son günlər baş verənlərin arxasında keçmiş prezident Mahmud Əhmədinejad dayanır». APA TV-nin məlumatına görə, bu iddianı İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Məhəmməd Cəfəri səsləndirib.

O bildirib ki, son hadisələrlə bağlı aparılan ciddi araşdırmalar bu olaylarda keçmiş prezidentin  əli olduğunu göstərir.

M.Cəfərinin sözlərinə görə, etirazlar başlamazdan əvvəl M.Əhmədinejad tez-tez hakim dairələri və məhkəmə sistemini kəskin tənqid edib. Bu tənqidlər də onun etirazlara bilavasitə aidiyyəti olduğuna şübhələr yaradıb.

İranlı general bildirib ki, etirazlara qoşulan kütlə İran əleyhinə olan qüvvələr tərəfindən təlimatlandırılıb: «Əgər təhlükəsizlik qüvvələri çevik hərəkət etməsəydi, bu hadisələr daha da şiddətli xarakter alardı».

 





04.01.2018    çap et  çap et