Vaxt.Az

«İranda «Suriya ssenarisi» mümkündür»


 

ABŞ-ın BMT-dəki daimi təmsilçisindən sensasion iddia

«İranda «Suriya ssenarisi» mümkündür» ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Təhlükəsizlik Şurasının İrandakı vəziyyətlə bağlı təcili iclasından əvvəl bu ölkədə «Suriya ssenarisi»nın təkrarlanması təhlükəsinin olduğunu bildirib və buna yol verməməyə çağırıb.

Virtualaz.org RİA «Novosti»yə istinadən xəbər verir ki, N.Heyli bununla əlaqədar deyib: «Dünya Suriyada baş vermiş qorxunc hadisələrin şahidi oldu və bu hadisələr qanlı rejimin xalqın dinc etirazını inkar etməsindən sonra başladı. Biz yol verməməliyik ki, həmin hadisələr İranda təkrarlansın».

Xatırladaq ki. BMT TŞ-nin İrandakı vəziyyətlə bağlı iclası bu gün keçiriləcək.

 





05.01.2018    çap et  çap et