Vaxt.Az

«Kriptovalyutalar piramidadır»


 

Dünya Bankı: «Necə olacağı hələ də dəqiq deyil»

«Kriptovalyutalar piramidadır» Dünya Bankının Qrup rəhbəri Jim Yong Kim, çərşənbə günü Vaşinqtonda etdiyi bir çıxışında kriptovalyutaları piramida mexanizmi ilə müqayisə edib.

Kim, ««Bitcoin» və ya bəzi kriptovalyutalar istifadə edilməsi baxımından Ponzi (piramida) sxemidir. Necə olacağı hələ də dəqiq deyil»,- deyib.

Ponzi sxemi - investorlara öz pullarından geri qayıdanla və ya sonrakı investorlardan gələn pullarla ödəmənin aparıldığı bir dələduzluq üsuludur. Ponzi və ya piramida mexanizmi şəbəkə marketinqi «örtüyü» altında gizlədilir.

 





08.02.2018    çap et  çap et