Vaxt.Az

«Odla oynama»


 

Lavrovdan Amerikaya xəbərdarlıq etdi

«Odla oynama» Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ı Suriyada odla oynamamağa çağırıb və ölkənin suverenliyinin və ərazi bütövlüyünün qorunmasının əsas olduğunu dilə gətirib.

Amerikanın Suriyadakı əməliyyatlarına görə narahat olduğunu dilə gətirən Lavrov bildirib ki, bu Suriyanın parçalanmasına gətirib çıxarır. O, Amerikanı Ərəb dövlətlərinin gücünü zəiflətmək üçün kürdlərdən istifadə etməkdə günahlandırıb.

«Suriyanin ərazi bütovlüyünün pozulması istiqamətində atılan addımları narahatlıqla izləyirik. Bunun səbəbi Amerikanın Fərat çayının şərqi ilə Suriyanın İraq-Türkiyə sərhədi arasındakı ərazidə tətbiq etdiyi planlardır. Amerikanı odla oynamamağa və kürdlər də daxil olmaqla, Suriya, İraq və digər ölkə xalqlarının maraqlarına uyğun tutarlı addımlar atmağa çağırıram».

 





19.02.2018    çap et  çap et