Vaxt.Az

İran qaynayır


 

Tehranda iğtişaşlar başladı, həlak olan 5 nəfərdən 3-ü polisdir

İran qaynayır İranda ötən gündən başlayan iğtişaşlar zamanı ölənlərin sayı 5 nəfərə çatıb. «Trend»in məlumatına görə, İran KİV-ləri həlak olanlardan 3-nün polis əməkdaşı olması bildirilir.

Məlumata görə, hadisələrlə bağlı saxlanılanlarında olduğu bildirilir. Saxlanılanların sayı təxminən 300 nəfər qeyd edilib.

Qeyd edək ki, ötən gün polis sufi cərəyanının nümayəndisinin həbsinə qarşı çıxış edən etirazçıları dağıtdıqdan sonra polislə nümayişçilər arasında qarşıdurma yaranıb. Həmin vaxt naməlum şəxs avtobusu kütlənin üstünə sürüb.

 

***


00:30

İranın paytaxtı Tehranın şimalında baş verən iğtişaşlar nəticəsində 3 polis əməkdaşı ölüb.

APA-nın məlumatına görə, bu barədə İran polisinin sözçüsü Səid Müntəzirulmehdi bildirib.

Onun sözlərinə görə, Tehranın Pasdaran xiyabanında nümayiş zamanı ictimai asayişi pozan şəxslər avtobusu polis əməkdaşlarının üzərinə sürüb. Hadisə nəticəsində 3 asayiş keşikçisi ölüb.

«Təxirə salınmaz tədbirlər nəticəsində polis əməkdaşlarını öldürən şəxslər həbs olunub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır», - deyə Səid Müntəzirulmehdi bildirib.

O qeyd edib ki, hazırda Pasdaran xiyabanında durum stabilləşib, vəziyyət hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.

 





20.02.2018    çap et  çap et