Vaxt.Az

Tehran İsrailə zərbə endirməyə hazırlaşır


 

Suriyadakı İran bazalarının siyahısı və yerləşdiyi ərazilər göstərilən xəritə açıqlandı

Tehran İsrailə zərbə endirməyə hazırlaşır ABŞ-ın «New York Times» qəzeti Suriyadakı İran bazalarının siyahısını təqdim edib. Məqalədə Suriyada yerləşdirilmiş hərbi bazaların tam siyahısı dərc olunub.

Təsvir edilən xəritədə Suriyadakı əsas İran bazalarının Hələb yaxınlığında, Dəməşq ətrafındakı Kisuax şəhəri və aeroportun çevrəsində, təmas xəttinə yaxın ərazilərdə yerləşdiyi əks olunub.

ABŞ mediasının fikrincə, 2011-ci ildə vətəndaş müharibəsi başladıqdan sonra İran Suriya rejiminə canlı qüvvə, texnika və silah-sursatla yardım göstərib. Xüsusən, 2013-cü ildə çöküş ərəfəsində olan Əsəd rejiminə ciddi yardımların göstərildiyi bildirilir.

İŞİD üzərindəki qələbə və hökumət qoşunlarının ölkə ərazisinin əksər hissəsində nəzarəti bərpa etməsindən sonra İran Suriyada öz təsirini daha da möhkəmləndirməyə və İsrailə zərbələr endirməyə çalışır.

Xüsusən, Suriya və Livana müasir raket sistemlərinin ötürülməsi İsraili ciddi narahat edir.

Məlumata görə, hazırda Suriyada bir neçə min iranlı hərbçi var. Onların arasında hərbi təlimatçılar, mühəndislər, komandirlər və 20 min şiə döyüşçüsündən ibarət könüllü batalyonları nəzarətdə saxlayan ekspertlər var. Həmin batalyonlarda 6 min «Hizbullah» döyüşçüsü, eyn i zamanda digər ölkələrdən gələn minlərlə şiə könüllüsü yer alıb.

Bu fonda fevralın 10-da İsrail aviasiyasının Suriyanı bombalaması İrana və Əsəd rejiminə xəbərdarlıq kimi qəbul olunur.

 





20.02.2018    çap et  çap et