Vaxt.Az

Bombardmanlar davam edir


 

Suriyanın Şərqi Quta bölgəsi ikinci Hələb ola bilər

Bombardmanlar davam edir Suriyanın paytaxtı Dəməşq yaxınlığında olan və müxaliflərin nəzarətində olan Şərqi Qutaya hava hücumları davam edir. APA TV-nin «Euronews»a istinadən verdiyi xəbərə görə, rejim qüvvələrinin apardığı əməliyyatların son 5 günündə burada çoxlu sayda ölən və yaralananlar olub.

Məlumata görə, son 24 saatda 71 adam həyatını itirib. Bazar günü hava hücumlarında ən az 325 nəfər yaralanıb. Ötən gün isə Suriyada münaqişə tərəflərinin barışdırılması üzrə Rusiya mərkəzi intensiv atəşə tutulub. Qanunsuz silahlı dəstələr Şərqi Qutadan Dəməşqin yaşayış məntəqələrini və mehmanxanalarını atəşə tutub.

«Dinc sakinlər arasında xeyli ölənlər var, ciddi dağıntıların olduğu bildirilir. Rusiya hərbçiləri arasında xəsarət alan yoxdur», - deyə mərkəzdən bildirilib.

Bu arada, Kremlin sözçüsü Dmitri Peskov aprel ayında Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran lideri Həsən Ruhaninin Türkiyədə bir araya gələcəyini açıqlayıb. Müzakirənin əsas mövzusu isə Suriya olacaq.

 





21.02.2018    çap et  çap et