Vaxt.Az

Afrində meşə döyüşləri


 

Məhv olan terrorçu sayı 1800-ə yaxınlaşır

Afrində meşə döyüşləri Afrinin şimalında Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) döyüşçüləri ilə PYD/YPG terrorçuları arasında şiddətli döyüş baş verib.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, meşəlik ərazidə gizlənən terrorçular pusqudan çıxıb hücum etməyə cəhd göstərib.

Terrorçular ağır itki verərək geri çəkilməyə məcbur olub.

Bu arada «Zeytun budağı» əməliyyatının 33-cü günündə Suriyanın şimalında məhv edilən PYD/YPG terrorçularının sayı 1780-ə çatıb. Açıqlamanı TSQ yayıb.

Son əməliyyat günündə daha 65 terrorçu zərərsizləşdirilib.

 





21.02.2018    çap et  çap et