İranın müdafiə nazirinin ikinci fikri daha maraqlıdır: «İran müsəlman dövləti olaraq Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu sahədə istənilən yardımı göstərməyə hazırdır». Sonuncu cümlə nə məna daşıyır? Azərbaycanın müdafiə qabiliyyətinin artırılması işğalçı Ermənistanı məğlubiyyətə uğratmaq məqsədi daşıyır və bunu İranın müdafiə naziri bilməmiş deyil. İranın müdafiə naziri bunu bilə-bilə Azərbaycanla hərbi əməkdaşlığı inkişaf etdirməyə hazırdırmı? Yoxsa Tehran Azərbaycan-İsrail hərbi əməkdaşlığından və alınan silahlardan narahat olduğuna görə Bakı ilə hərbi əməkdaşlığı genişləndirmək istəyir? İranın hansı silah növləri istehsal etdiyindən xəbərim yoxdur, ancaq Azərbaycan ordusunda həm İsrail, həm də İran silahlarının varlığı balanslaşdırılmış xarici siyasətə də uyğun olar. Əgər İranın bizə sata biləcək nəsə maraqlı silah növləri varsa.