Vaxt.Az

Özbəkistanda Şaxta baba qadağası


 

İslamdan öncə yaranmış ənənələr yoxa çıxır və onların qeyd olunması dayandırılır

Özbəkistanda Şaxta baba qadağası Şaxta babanın dövlət televiziyasında nümayişinə qoyulan qeyri-rəsmi qadağa onu ekranlarda görmək istəyən özbəkistanlı tamaşaçıları məyus edib. Yeni illə bağlı şənliklər Mərkəzi Asiyada Sovet dövründə qeyd olunmağa başlayıb. Qadağaya dair qərarın kim tərəfindən verildiyi qeyri-məlum qalsa da, belə görünür ki, Şaxta baba və onu müşayiət edən Qar qızı bu ölkədə artıq arzuolunmaz əcnəbi şəxslər hesab olunur."Bizə Şaxta baba ilə Qar qızını televiziya ilə göstərməmək tapşırığı verilib, - Daşkənddəki televiziya jurnalistlərindən biri deyib. - Biz kiçik yolka ağacını göstərə bilərik, lakin ağac hardasa arxa planda olmalıdır.”
Adının məxfi qalmasını arzulayan jurnalist qərarın harada qəbul edildiyindən bixəbərdir.
Hərçənd ki, sərt dövlət nəzarəti altında olan Özbəkistan mətbuatında bu kimi qərarlar yuxarıdan təsdiq olmasa keçrmir.
"Proqramların hamısı yalnız Yeni İlin gəldiyini deməklə kifayətlənməlidir. Biz həmçinin Milad sözünü də dilə gətirməməliyik, - özbək jurnalisti deyib. - Rəhbərlik özbək mədəniyyətinin xarici təsirdən qorunmasının mühüm olduğunu bildirib”.
Özbəkistan Televiziyasının redaktorları Şaxta baba və Yeni İllə bağlı digər obrazların yasaqlanması və şənliklərin qadağası ilə bağlı məlumatı təkzib ediblər. Bu deyilənlər həqiqətə uyğundur.
Bayram ərəfəsində ölkə boyu yolka ağacları quraşdırılaraq uşaqlar üçün şənlik proqramları təşkil olunub. Hərçənd ki, bu hazırlığın səviyyəsi Sovet dövrünə nisbətən kiçik miqyaslıdır.
Yeni il əhalisi əsasən müsəlman olan regionda ailə bayramı kimi qeyd olunur. O, heç vaxt dini olay kimi görülməyib.
Əksinə Sövetlər vaxtı bu bayram müxtəlif din və etnik mənsubiyyətlərə malik adamları birləşdirən tədbir kimi nəzərdə tutulub.Bu müəyyən dərəcədə özünü doğruldub.
Bir çox özbək ailələrində Sovet vaxtından qalan bəzəkləri saxlayaraq Yeni İlə yolka alırlar. Lakin belə görünür ki, hökumət sovet ənənəsindən xəlvətcəsinə imtina etmək fikrindədir. Bununla yanaşı rep və alternativ gənc mədəniyyətləri şəklində “Qərb”in ixracına nəzarət cəhdləri mövcuddur.
Bu ilin əvvəlində Özbəkistanda Valentin günü qadağan edilərək fevralın 14-də anadan olmuş Moqul imperiyasının ilk padişahı, orta əsirin dövlət xadimi və şair Baburun anım günü ilə əvəzlənib. Bu arada islamın nüfuzunun artması ilə yanaşı bəzilərinə görə dinlə uzlaşmayan zərdüştlük və islamdan öncə yaranmış ənənələr yoxa çıxır və onların qeyd olunması dayandırılır.
“Mən toy günümdə tonqalın ətrafına dönmədim”, - adətən bəylə gəlinin ocaq ətrafında dairə vurması kimi qədim ənənəni nəzərdə tutan özbək gənci deyib.
"Alova pərəstişkarlıq qeyri-islami və bütpərəstlikdir”.
Onun sözlərinə görə islam qaydalarına uyğun keçirilmiş toy mərasimində müsiqi çalınmayıb və qadınla kişilər ayrı-ayrı oturublar. Vaxtı ilə müsəlmanları sərt təqiblərə məruz qoyan kommunist rəhbərləri indi sayı artmaqda olan dindarlara üz tutmağa çalışırlar. Şaxta babanın televiziya kanallarından yoxa çıxması internet məkanında qızğın mübahisələrə təkan verib. Bəzilərinə görə hökumət ənənələrə müdaxilə etməməli və seçim haqqı fərdlərin öhdəsinə verilməlidir. Digər özbəklər tərəfindən qadağa qərarı alqışlanıb. Belələri Şaxta baba və Yeni İl şənliklərinin yasaqlanmasını istəyir. Lakin bunlara rəğmən Qərb rəmzləri müasir mədəniyyətə yol açıb.
Təmtəraqlı toy tortları, gəlinlərin gül dəstəsini qonaqlar atması və uşaqlara hədiyyələrin paylanması üçün Şaxta babanın dəvət olunması bir çoxları üçün adi hala çevrilib. Hakimiyyət dairələrində bu noqteyi nəzərə çox güman ki, şərik çıxmırlar.
 





30.12.2012    çap et  çap et