Vaxt.Az

111 qız qaçırıldı


 

Terrorçular məktəbə basqın etdi

111 qız qaçırıldı Nigeriyada «Boko Haram» terror qruplaşması məktəbə basqın edərək 111 qız şagirdi qaçırıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə Dapci əyalətində qeydə alınıb.

Terrorçuların basqınından sonra çox sayda qız şagirdin  yoxa çıxdığı barədə yerli hakimiyyət orqanlarına xəbər verilib.

Yoxlamalar zamanı məlum olub ki, 926 şagirddən yalnız 815-i məktəbdədir.

Qaçırılan qızların xilas edilməsi üçün bölgədə əməliyyatlara start verilib.

 





22.02.2018    çap et  çap et