Vaxt.Az

Suriyada sensasion çəkiliş


 

İsrail kəşfiyyatı Suriyada Rusiyanın məxfi «Su-57» qırıcılarını görüntülədi

Suriyada sensasion çəkiliş İsrail kəşfiyyat peyki ötən həftə Rusiyanın Suriyadakı Hmeymim aviabazasında yerləşdirilən «Su-57» beşinci nəsil qırıcıları görüntüləyib.

Virtualaz.org xəbər verir ki, qırıcılarının fotoları «İmage Sat İntl.» şirkəti tərəfindən yayılıb. Bu şirkət öz peykləri ilə çəkilişlər aparır və vizual verilənlərin analizini aparır. Fotoşəkillər «Eros B» peyki trəfindən çəkilib.

Şəkillərin analizi göstərir ki, Rusiyanın yeni döyüş təyyarələri uçuşa hazırdır. Lakin onların əməliyyat imkanları məlum deyil, çünki təyyarələrin sınaqları hələ davam edir. Ekspertlərə görə Su-57 təyyarələrinin Suriyada yerləşdirilməsi onların real döyüş şəraitinə sınaqdan keçirilməsi məqsədi daşıyır.

 





25.02.2018    çap et  çap et